Fransada qasırğa 250 min sakini işıqsız qoydu

Fransada qasırğa 250 min sakini işıqsız qoydu
14:05 4 Fevral 2017
35 Dünya
Ölkə mətbuatı
A- A+

Fransanın cənub-qərbində "Lev" adlandırılan güclü qasırğa səbəbindən təxminən 250 min sakin elektrik enerjisiz qalıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Fransanın "Enedis" operator-şirkəti məlumat verib.

Şirkətin məlumatına görə, qasırğanın səbəblərinin aradan qaldırılması üçün şirkətin işçiləri gücləndirilmiş iş rejimində çalışırlar.

Qasırğa səhər saatlarında başlayıb və küləyin sürəti bəzi yerlərdə 148 km/s olub.

Daha öncə metereoloqlar hava şəraitinin kəskin dəyişəcəyi ilə əlaqədar "qırmız təhlükə" siqnalı barədə xəbərdarlıq etmişdilər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/514326.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR