“Möhtəşəm Yüz İl Kösəm” serialı BİTDİ?

“Möhtəşəm Yüz İl Kösəm” serialı BİTDİ?
15:23 4 Fevral 2017
103 Şou
Ölkə mətbuatı
A- A+

Dünən Türkiyədə və Azərbaycanda maraqla izlənən “Möhtəşəm Yüz il Kösəm” serialının yayımlanmaması tamaşaçıları təəccübləndirib.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, serialın dayandırılmasının səbəbi, “Möhtəşəm Yüz il Kösəm”-in həftənin başqa gününə keçirilməsi olub. Serialının yeni seriyasının fraqmenti ilə birlikdə yayım tarixinin dəyişdiyi ortaya çıxıb.

“Möhtəşəm Yüz il Kösəm” serialı bundan sonra çərşənbə axşamları efirə gedəcək. Bəs yeni seriyada nələr baş verəcək?

Yüzlərlə adamın Farya ucbatından edam edilməsi xalqın etirazına səbəb olacaq. Sarayın önündə toplaşan xalq Sultan Murada qarşı ayağa qalxacaq. Baş verənlərdən dolayı Kösəm Sultan Sultan Muradı günahlandıracaq.

Sinan Paşa verdiyi bəyanatlarda çıxan üsyanın sarayı məhv edəcəyini bildirəcək. Sultan Murad ilə Faryanın nikaha girməsi isə fərmanlarla hər kəsə çatdırılacaq. Nikah məsələsini öyrənən Kösəm Sultan isə Sinan Paşaya xəbər göndərərək bütün adamlarının toplamağı tələb edəcək.

Şahzadə Bayezid ilə Şahzadə Kasımın bir-birinə qılınc çəkərək müharibə elan etdiyini öyrənən Sultan Murad isə bu vəziyyətə dərhal son verilməsini istəyəcək.

Aytən


Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin2/186432.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR