Bu xəstələrinin müalicəsində yenilik (VİDEO)

Bu xəstələrinin müalicəsində yenilik (VİDEO)
22:36 6 Yanvar 2015
196 Sosial
Ölkə mətbuatı
A- A+

Qeyri-adekvatlıq, uyğunsuzluq kimi hisslərdən azad olmaq, onun səbəb olduğu düşkünlükdən qurtulmaq elə də asan deyil. Özünə və şəxsiyyətinə qarşı apatiyası olan insanları müalicə etmək məqsədilə Britaniyalı psixoloqlardan ibarət bir qrup virtuallıq reallıqla sınaqlar keçirir.

ANS PRESS-in məlumatına görə, sınaqlarda 3D avatarlardan istifadə olunur. Virtual reallıqdakı ssenariyə əsasən, belə ruh düşkünlüyü olan insanlara, böyük qismində problemi olan virtual uşağa qayğı və mərhəmət göstərmək tapşırılır. Daha sonra rollar dəyişir, xəstə bu dəfə elə problemli uşağa çevrilir.

Onun uşağa dediyi xoş sözlər avtomatik olaraq, körpə avatarında olan xəstə üçün səslənir. Psixoloqlar belə hesab edir ki, belə virtual seanslardan sonra xəstələrin özünə-dəyəri artır, ruh düşkünlüyü azalır. Bu texnologiya gündən günə ucuzlaşdığından, virtual reallıq terapiyası gələcəkdə ruhi-əsəb xəstəliklərinin müalicəsi üçün ümumişlək vasitəyə çevrilə bilər.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=41&nid=318069

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR