Yeni çip "iPhone 8"i məsafədən enerji ilə dolduracaq

Yeni çip "iPhone 8"i məsafədən enerji ilə dolduracaq
16:17 4 Fevral 2017
Ölkə mətbuatı
A- A+

"Energous" və "Dialog Semiconductor" şirkətləri gələcək "iPhone 8" smartfonunda tətbiq ediləcək radiotezlik ötürücüsü funksiyasına malik "DA4100" çipini təqdim ediblər. Mikrosxem "WattUp" texnologiyasından istifadə edən məsafəli simsiz enerji doldurma sistemləri üçün nəzərdə tutulub.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, "WattUp" texnologiyası enerjinin radiodalğalar vasitəsilə ötürülməsindən istifadə edərək "Wi-Fi" rabitəsinin işlədiyi eyni tezlik diapazonlarını tətbiq edir.

Məlumata görə, "Apple" şirkəti məsafəli simsiz enerji doldurma imkanının "iPhone 8" smartfonunda tətbiqini planlaşdırır. Onun vasitəsilə smartfonu 5 metrədək radiusda enerji ilə doldurmaq mümkün olacaq.

Digər məlumata görə, ABŞ istehsalçısı gələcək qurğular üçün simsiz enerji doldurma texnologiyası üzərində çalışır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/hitech/514363.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR