Moskva, Kiyev, Bakı...

Moskva, Kiyev, Bakı...
19:05 4 Fevral 2017
52 İdman
Ölkə mətbuatı
A- A+

2019-cu ildə keçiriləcək Çempionlar Liqasının final oyununun Bakıda baş tutması Azərbaycan futbolu üçün önəmli hadisələrdən biri ola bilər.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, Bakı Olimpiya Stadionunun bu matçı qəbul etmək şansları ilk baxışdan 50-nin 50-yədi.

Çünki bir yerə cəmi iki iddiaçı var. Ölkəmizin ən böyük arenasının rəqibi Madridin "Estadio Metroplitano" stadionudu.
 
Lakin Bakı Madrid stadionu üzərində bəzi üstünlüklərə malikdi. Birinci, ən böyük üstünlük Olimpiya stadionumuzun artıq neçə vaxtdı fəaliyyət göstərməsidi. Arena bir sıra mötəbər yarışlar - Avropa Oyunları, U-17-lərin qitə çempionatı, həmçinin millinin seçmə oyunlarını qəbul edib və bütün sınaqlardan üzüağ çıxıb.
 
Madriddəki arena isə 1923-cü ildə inşa olunub, 1966-cı ildə sökülən stadionun yerini tutmalı və adını daşımalıdı. Buranın hələ açılışı olmayıb. UEFA-nın yekun qərarını verəcəyi payıza kimi arenanın ciddi sınağı da olmayacaq. Düzdü, stadionun sahibi olan "Atletiko" oyunlarını burada keçirməyə başlayacaq. Amma arenanın nə vaxt və necə hazır olacağı hələ bilinmir. İlin ikinci yarısına gözlənilən açılış yubana da bilər. 270 milyon avroya başa gələn arena artıq 3 ildi tikilir və 73 min 729 tamaşaçı tutacaq.
 
Bakının daha bir üstünlüyü ondan ibarətdi ki, ölkəmiz heç vaxt Çempionlar Liqasını qəbul etməyib. Madrid isə indiyədək 4 finala ev sahibi olub. 1957, 1969, 1980 və 2010-cu illərdə "Santyaqo Bernabeu"nin qəbul etdiyi görüşün 5-ci dəfə eyni şəhərə verilməsindən daha çox yeni məkana həvalə olunması da mümkündü.
 
Əgər oyun Bakıya verilsə, postsovet məkanında 3-cü dəfə Çempionlar Liqasının qalibinə kubok təqdim olunacaq. Hələlik ilk belə hadisə 2008-ci ildə Moskvadakı "Lujniki"də qeydə alınıb. Gələn il isə Kiyevin Olimpiya stadionu finala məkan olacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/514213.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR