Tikinti materialları bazarında alıcı qıtlığı yaşanır, amma qiymətlər bahadır

Tikinti materialları bazarında alıcı qıtlığı yaşanır, amma qiymətlər bahadır
20:47 4 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Son dövrlər tikinti materialları bazarında alıcı qıtlığı müşahidə olunur. Buna baxmayaraq, qiymətlərdə 10-40 faiz arası artım qeydə alınıb.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, əgər bir müddət əvvəl bazarda taxtanın bir kubu 260-270  manat idisə, indi bu rəqəm 300 manatı ötüb.

Armaturun qiymətlərinə gəldikdə isə, satıcılar deyirlər ki, satışda olan armaturlar həm yerli, həm də xarici istehsaldır. Ukrayna istehsalı olan armaturlar yerli mala nisbətən daha baha satılır.

Qiymət artımı dam örtükləri və digər materiallarda da müşahidə edilir.

Tikinti materialları bazarında ölkədaxili istehsal malları az olsa da, onlarda da qiymət artımı müşahidə edilir.

Satıcıların dediyinə görə, dolların məzənnəsindən asılı olaraq bazarda qiymətlər düşə və ya qalxa bilər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/514399.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR