Tarixdə BU GÜN

Tarixdə BU GÜN
10:08 5 Fevral 2017
56 Digər
Ölkə mətbuatı
A- A+

1991-ci il. Azərbaycan SSR Ali Sovetinin qərarı ilə Azərbaycan Sovet Sosialist Respublikası Azərbaycan Respublikası adlandırılıb. Digər bir qərarla isə Azərbaycan Xalq Cümhuriyyətinin dövlət bayrağına Azərbaycan Respublikasının dövlət bayrağı statusu verilib. Həmin il oktyabrın 18-də dövlət müstəqilliyini bərpa edən Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan olunub.

1918-ci il. Azərbaycanın görkəmli bəstəkarı və pedaqoqu Qara Qarayev anadan olub (1918-1982). Cövdət Hacıyevlə birlikdə yazdığı “Vətən” operasına görə SSRİ Dövlət mükafatına layiq görülüb. “Leyli və Məcnun” simfonik poeması isə ona Azərbaycan Dövlət mükafatını qazandırıb (1948). “Vətən” və “Zəriflik” operalarının, “Yeddi gözəl” və “İldırımlı yollarla” baletlərinin, bir sıra vokal-simfonik əsərlərin müəllifidir. SSRİ Xalq Artisti və Sosialist Əməyi Qəhrəmanı adlarına, Stalin və Lenin mükafatlarına layiq görülüb. Bakı şəhərinin 28 May küçəsində abidəsi ucaldılıb, Bakı Metrosunun stansiyalarından birinə onun adı verilib.
1962-ci il. Fransa keçmiş müstəmləkəsi olan Əlcəzairin müstəqilliyini tanıyıb. Əlcəzair xalqı 6 illik müstəqillik müharibəsindən sonra buna nail olub. Prezident Şarl de Qollun qərarı Fransanın əksər qüvvələrində ciddi etiraz doğurub, onun istefası ilə bağlı aksiyalar başlanıb.
1869-cu il. Avstraliyada dünyada ən böyük qızıl külçə aşkar edilib. Hazırda muzeydə saxlanan həmin külçənin kütləsi 78 kiloqram, saflığı isə 91 faizə yaxındır.

Xəbərin orijinal ünvanı: http://publika.az/news/maraqlitarix/186480.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR