İki uşaq atası özünü asdı

İki uşaq atası özünü asdı
19:18 5 Fevral 2017
38 Ölkə
Ölkə mətbuatı
A- A+

Şəkidə iki uşaq atası intihar edib.

Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, bu gün saat 13:30-də Şəki şəhəri Sabit Rəhman küçəsi bina 12 ev 27 ünvanında yaşayan, 1958-ci il təvəllüdlü Faiq Səlim oğlu Səfərovun meyidi yaşadığı evin vanna otağından asılmış vəziyyətdə həyat yoldaşı tərəfindən aşkar edilib.

İki uşaq atası olan 59 yaşlı F. Səfərovun hansı səbəbdən intihar etdiyi istintaqa məlum deyil.

Faktla bağlı Şəki rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/186543.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR