Qazaxıstan Azərbaycanla turizm sahəsində əməkdaşlığı genişləndirmək niyyətindədir

Qazaxıstan Azərbaycanla turizm sahəsində əməkdaşlığı genişləndirmək niyyətindədir
19:37 5 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 5 fevral. REPORT.AZ/ Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov bu ölkənin İnvestisiya və İnkişaf Nazirliyinin Turizm Sənayesi Departamentinin direktoru Marat İqaliyevlə görüşüb.
"Report" xəbər verir ki, danışıqlardan sonra İqaliyev Qazaxıstanın Azərbaycanla turizm sahəsində əməkdaşlığı genişləndirmək niyyətində olduğunu bildirib.
"Biz iki ölkənin turizm sahəsində inkişaf və qarşılıqlı fəaliyyət məsələlərini müzakirə etdik. Azərbaycanda turizm son illər yaxşı inkişaf edir. 2016-cı ilin yanvar-sentyabr ayları ərzində "odlar yurdu"nu ziyarət edən turistlərin sayı 1,7 milyon nəfərə çatıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə turistlərin sayı 169 min 430 nəfərə və ya 10,9 faizə çatıb", - deyə o öz "Facebook" səhifəsində yazıb.

Xəbərin orijinal ünvanı: https://report.az/turizm-ve-sergiler/qazaxistan-azerbaycanla-turizm-sahesinde-emekdasligi-genislendirmek-niyyetindedir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR