Avropa İttifaqının lideri Moskvada “Qələbə günü”nə qatılmaqdan imtina etdi

Avropa İttifaqının lideri Moskvada “Qələbə günü”nə qatılmaqdan imtina etdi
15:49 16 Mart 2015
27 Dünya
Ölkə mətbuatı
A- A+

 

Avropa İttifaqı Şurasının sədri mayın 9-da Moskvada keçiriləcək parada qatılmaqdan imtina edib

 

Avropa İttifaqı Şurasının sədri Donald Tusk qələbənin 70 illiyi ilə bağlı Moskvada keçiriləcək mərasimə qatılmaqdan imtina edib.

 

APA-nın məlumatına görə, bu barədə “Gazeta Wyborcza” məlumat yayıb.

 

“Mən 9 mayda II Dünya müharibəsinin bitməsinin ildönümü ilə bağlı təşkil edilən mərasimə dəvət almışam. Lakin iştirak etməyəcəyəm”, - deyə D.Tusk bildirib. Onun sözlərinə görə, “indiki işğalçılar”ın ölkəsində “Şərqi Ukraynada dinc vətəndaşlara qarşı silah tətbiq edən şəxs”in təşkil etdiyi paradda iştirak etmək “birmənalı deyil”.

 

Martın 11-də Almaniya kansleri Angela Merkel də mayın 9-da Moskvaya getməyəcəyini açıqlayıb. O əlavə edib ki, növbəti gün Rusiya prezidenti ilə birlikdə naməlum əsgərin qəbri üstünə əklil qoymaq üçün Moskvaya gedəcək. Merkelin mətbuat katibi Şteffen Zayberqin sözlərinə görə, kansler Rusiyanın Krımla bağlı mövqeyi və Ukraynanın şərqindəki vəziyyətlə əlaqədar olaraq hərbi paradda iştirak edə bilməz: “Lakin düzgün və ləyaqətli şəkildə həlak olmuş şəxslərin xatirəsini yad etmək istəyir”.

 

Daha öncə Rusiya paytaxtında təşkil olunmuş tədbirdə iştirakdan Polşa prezidenti Bronislav Komorovski, o cümlədən Litva, Latviya və Estoniya liderləri də imtina ediblər. Fransa prezidenti Fransua Olland və Böyük Britaniyanın baş naziri Devid Kemeron yekun qərarlarını açıqlamayıblar.

 

2014-cü ilin dekabrında Barak Obamanın da tədbirdə iştirak təklifini rədd etdiyi barədə məlumatlar yayılıb, lakin Ağ Ev yekun qərarın hələ verilmədiyini açıqlayıb.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/196502

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR