Aktyor Burak Özçivitin ilk dəfə sevgilisi aktrisa Fahriye Evcenlə birlikdə paylaşdığı fotosu rekord qırıb.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, cütlüyün birgə çəkdirdiyi foto "Instagram"da 1 milyondan çox bəyənilib.

Bu foto Türkiyədə sosial şəbəkə istifadəçiləri arasında ən çox bəyənilən foto olaraq rekorda imza atıb.

Pərəstişkarları aktyorun bu paylaşımına yazdıqları rəylərində cütlüyün bir-birinə çox yaraşdığını, həmçinin iranlı model Mahlağa Cabariyə nifrət etdiklərini bildiriblər.

Qeyd edək ki, Burak sözügedən fotonu iranlı modelin rəylərinə cavab olaraq izləyiciləri ilə bölüşmüşdü.

Burakla Fahriyenin bu fotosu rekord qırdı - foto