Fevralın 9-da axşam saatlarında cəbhənin Ağdərə-Tərtər istiqamətində düşmənə məxsus və içərisində şəxsi heyət olan hərbi nəqliyyat vasitəsi bölmələrimizin sərrast atəşi ilə məhv edilib.

Lent.az-ın məlumatına görə, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, qarşı tərəf itkilər barədə məlumatı yenə də gizlədir.