Suya görə qonşusunu amansızlıqla qətlə yetirməkdə təqsirləndirilən 982-ci il təvəllüdlü Eminov Fərman Kazım oğlunun cinayət işi üzrə məhkəmə başlayıb.

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə təqisirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası fevralın 17-nə təyin edilib.

Qeyd edək ki, hadisə Sabunçu qəsəbəsi Natavan küçəsi 16 ünvanında baş verib. F.Eminov 1980-ci il təvəllüdlü qonşusu Əmənov Elməddin Nəbi oğlunu bıçaqlayaraq qətlə yetirib.

Araşdırma zamanı məlum olub ki, qonşular arasında qanlı olayın səbəbi su olub. Belə ki, E.Əmənov qonşuluqda yaşayan F.Eminovun həyətinə gedən su borusunu kəsib. Suyun kəsildiyini görən F.Əhmədov qonşusu ilə dava edib və münaqişə zəminində onu öldürüb.

Bir neçə bıçaq xəsarəti almış 36 yaşlı E.Əmənovun həyatını xilas etmək mümkün olmayıb.

Daha sonra E.Əmənov polis əməkdaşları tərəfindən saxlanılıb.

Qətlə yetirilən şəxsin 2 uşağı, təqsirləndirilən şəxsin isə 3 azyaşlı övladları var.