Gürcü güləşçilər Bakını seçdi

Gürcü güləşçilər Bakını seçdi
17:21 16 Mart 2015
97 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycanın sərbəst güləş üzrə böyüklərdən ibarət yığma komandası qarşıdan gələn yarışlara hazırlıq məqsədilə təlim-məşq toplanışlarını Olimpiya Güləş Mərkəzində davam etdirir.

Azərbaycan Güləş Federasiyasından ANS PRESS-ə bildirilib ki, yığma komandanın baş məşqçisi Saypulla Absaidov, böyük məşqçi Firdovsi Umudov və məşqçi David Kurtsiyanın rəhbərliyi altında yığma komandanın bütün üzvləri təlim-məşq toplanışına qatılıb.

Bu gündən etibarən Gürcüstanın sərbəst güləşçiləri yığmamızla birgə təlim-məşq toplanışına qoşulub. 16 idmançı ilə təlim-məşq toplanışına qatılan Gürcüstan yığmasının heyətində London Olimpiadasının gümüş mükafatçıları Vladimer Xinçeqaşvili (57 kq) və David Modzmanaşvili (125 kq) də var.

Birgə təlim-məşq toplanışı martın 28-dək davam edəcək.

Xatırladaq ki, sərbəst güləşçilərimiz aprelin 11-12-də ABŞ-ın Los Anceles şəhərində keçiriləcək Dünya Kuboku yarışlarına qatılacaq.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=4&nid=332128

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR