Milli Televiziya və Radio Şurasına yeni üzvlər təyin edilib
Paylaş
136 baxış·1 dəq oxu
Bakı. 10 fevral. REPORT.AZ/ Prezident İlham Əliyev Azərbaycan Respublikasının Milli Televiziya və Radio Şurası üzvlərinin təyin edilməsi haqqında sərəncam imzalayıb. "Report"un məlumatına görə, sənədə əsasən, aşağıdakı şəxslər 6 il müddətinə Azərbaycan Respublikasının Milli Televiziya və Radio Şurasının üzvləri təyin edilib: Cəfərov Məmməd Hüseyn oğlu Elyazov Mübariz Elyaz oğlu Xəlilov Aslan Xası oğlu.