Dağıstanda polis maşınını gülləbaran etdilər: 2 ölü, 2 yaralı

Dağıstanda polis maşınını gülləbaran etdilər: 2 ölü, 2 yaralı
03:49 7 Yanvar 2015
184 Dünya
Ölkə mətbuatı
A- A+

Dağıstanın Xasavyurt rayonunda naməlum silahlı şəxslər polis maşınını atəşə tutublar. APA-nın “İnterfaks”a istinadən verdiyi xəbərə görə, hücum nəticəsində 2 polis əməkdaşı həlak olub, daha iki nəfər isə yaralanıb.   

 

İnsident ötən gün yerli vaxt ilə saat 21 radələrində Xasavyurt-Oktyabrskoye avtomobil yolunda baş verib. “Lada Kalina” markalı avtomobildə olan silahlı şəxslər polislərin olduğu “VAZ 2199” markalı avtomobilə atəş açıblar, nəticədə 2 polis həlak olub, daha 2 nəfər isə yaralanıb.       

 

Məlumata görə, hadisədən dərhal sonra həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində hücum edən şəxslərin avtomobili müəyyən edilərək saxlanılıb. Atışma zamanı cinayətkarlardan biri öldürülüb.  

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR