Sosial şəbəkənin ən aktiv ulduz istifadəçiləndən olan prodüser Tarix Əliyev (Tolik) maraqlı açıqlama ilə çıxış edib.
Milli.Az live.az-a istinadən məlumat verir ki, son zamanlar müğənilərimiz və tanınmış simalaramız sosial şəbəkədə aktivliyi ilə seçilir. Minlərlə və on minlərlə "like"lar yığırlar.
Ancaq bir müddətdir ki, məlumat var ki onlar bunu özləri deyil, hansısa proqram köməyi ilə yığıblar.
Belə ki, dünyaca populyar simalar 100 min izləyəci toplaya bilmədiyi halda bizim ifaçılar artıq 1 milliona yaxınlaşırlar.
Ən çox izləyiciləri olanlar, 400-500 mini keçənlər arasında Sevda Yəhyəyeva, Natavan Həbibi, Xatirə İslam, Günay İbrahimli, Oksana Rasulova, Vüsalə Əlizadə, Kəmalə Piriyeva və Afaq Gəncəli var.
Bir neçə həftə öncə Roza Zərgərlinin İnstaqram profilinin izləyicilərinin qəfil günə 10-20 izləyici artırıb 700 minə çatmasını prodüser Tarix Əliyev sosial şəbəkədə qınamışdı.
"Çox maraqlıdır, Roza hamını İnstaqram-da pulnan aldıqlarını iddia edir. Bəs necə olur Rozanı 653 min izləyir, sonra isə 671 min. Bir gün içində 20.000 min izləyici artır, sonra 2000 azalır. Düzdü, gündəmə gətirir Rozanı, amma inanmıram Rozanı bu ölkədə Aygün Kazımovadan çox tanıyıb ona o qədər pərəstiş edib, izləyirlər", - Tolik bildirmişdi.
Prodüser sonradan bu statusu pozmuşdu.
Dünən isə öz açıqlamaları Tolik bildirib ki, Azərbaycanda ən birinci onun 1.000.000 izləyicisi olacaq. Sadəcə, hal-hazırda kartında pul olmadığından etməyib bunu:
"1-2 günə kartıma 200 dollar qoyub və profaylımı 1m edəcəm!"
Baxmayaraq ki, profil izləyicisinin sayı bu günə 269 mindir.
Hal-hazırda 1 milyona ən yaxın olan ifaçılar Röya - 976 min , əkiz bacılar Sevil və Sevinc - 968 və ulduz cütlük Zaur və Günaydır - 840 min.
Xatırladaq ki, dünya ulduzlarından ilk 100 mln izləyicini gənc ifaçı Selena Qomez (106m) çatmışdır. Hətta qalmaqallı Kim Kardaşyanı və Taylor Svifti geridə qoyub. Baxmayaraq ki, Selena 100 mln bir il öncə çatıb, indiyə qədər bu göstəriciyə Beyons (94m), Teylor Svift (97m), Jeylo (58), Şakira (31m) kimi müğənnilər belə çatmayıb.
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində