16 fevral 2017-ci il tarixində Misir Ərəb Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin direktoru Əhməd Sami Elaydi Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunu ziyarət etmişdir.

Milli.Az bildirir ki, görüşdə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Fondun Türk dünyasına xas irs və mədəniyyətin qorunması və təbliği ilə bağlı əsas fəaliyyət istiqamətləri, eləcə də gələcək planları barədə məlumat vermişdir. G.Əfəndiyeva həm türk dünyası mədəniyyətinin, həm də ümumərəb mədəniyyətinin bütövlükdə bəşər sivilizasiyasına verdiyi töhfəni vurğulamışdır.

G.Əfəndiyeva Azərbaycan Respublikası prezidenti cənab İlham Əliyevin sərəncamına əsasən, 2017-ci ilin Azərbaycan Respublikasında "İslam Həmrəyliyi İli"nin elan edilməsinin əhəmiyyətinə toxunmuş, islam dininin yüksək mənəvi dəyərləri təbliğ etdiyini, islamın terrorla eyni tutulmasının yanlış olduğunu qeyd etmişdir.

Ə.Sami öz növbəsində bildirmişdir ki, türk və ərəb dünyasına məxsus mədəni mirasın təşviq edilməsi vacibdir və o, bu sahədə Fond ilə Mərkəz arasında qarşılıqlı əməkdaşlığın inkişafına inanır. Ə.Sami "İslam Həmrəyliyi İli" çərçivəsində Fond ilə birlikdə müştərək layihə və tədbirlərin həyata keçirilməsini təklif etmişdir.

Görüş zamanı Ə.Sami tərəfindən G.Əfəndiyevaya Misir Ali Təhsil Nazirliyinin mədəni fəaliyyətin qiymətləndirilməsi üzrə mükafatı təqdim edilmişdir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Əhməd Sami Elaydi Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunu ziyarət edib
Əhməd Sami Elaydi Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunu ziyarət edib
Əhməd Sami Elaydi Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunu ziyarət edib