Bişkekdə Rusiya səfirliyinə məxsus minik avtomobili mikroavtobusla toqquşub.
Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə yerli vaxtla saat 14.00-da baş verib.
Rusiyanın Bişkekdəki səfirliyinin mətbuat xidmətindən bildirilib ki, səfirliyin iki əməkdaşının olduğu "Toyota" markalı avtomobil Manas aeroportu istiqamətində hərəkətdə olarkən "Mercedes-Benz Sprinter" markalı mikroavtobusla toqquşub.
Nəqliyyat vasitələrinin sürücüləri xəstəxanaya yerləşdiriliblər.
Milli.Az