Çempionlar Liqası: 1/4 finala doğru

Çempionlar Liqası: 1/4 finala doğru
12:27 17 Mart 2015
29 İdman
Ölkə mətbuatı
A- A+

Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunları davam edir.
 
Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu gün daha iki qarşılaşma keçiriləcək.
Fransada "Monako" "Arsenal"ı qəbul edəcək. Səfərdə rəqibinə 3:1 hesabı ilə qalib gələn Fransa klubu cütün favoriti hesab olunur.
 
Madriddə "Atletiko" klubu Leverkuzen "Bayer"ini qəbul edəcək. İlk görüşdə rəqibinə 0:1 hesabı ilə uduzan Dieqo Simeonenin komandası həmin məğlubiyyətin əvəzini çıxmağa çalışacaq.
 
Qeyd edək ki, 1/4 finalın son iki iştirakçısı sabah keçiriləcək “Barselona” - “Mançester Siti” və “Borussiya” - “Yuventus” oyunlarından sonra müəyyənləşəcək.
  
17 mart
Çempionlar Liqası, 1/8 finalın cavab oyunları

23:45. "Monako" (Fransa) - "Arsenal" (İngiltərə)
(İlk oyun - 3:1)
23:45. "Atletiko" (Madrid, İspaniya) - "Bayer" (Leverkuzen, Almaniya)
(İlk oyun - 0:1)
  
18 mart

23:45. “Barselona” (İspaniya) - “Mançester Siti” (İngiltərə)
(İlk oyun - 2:1)
23:45. “Borussiya” (Dortmund, Almaniya) - “Yuventus” (İtaliya)
(İlk oyun - 1:2)

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/330071.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR