NASA-dan YENİ AÇIQLAMALAR: Marsa qar yağdı, 3 planetdə həyat tapıldı

Marsın cənub qütbündə ildə bir dəfə qar yağır.

NASA alimləri bu qənaətə gəliblər. Mütəxəssislər Marsa düşən qarın Yerdəki qarla eyni olmadığını bildiriblər. Alimlərin fikrincə, qış dövründə Marsda havanın temperaturu 128 dərəcəyə düşür. Nəticədə donmuş karbon qazı kristallar şəklində planetin səthinə çökür və beləliklə, qar örtüyü əmələ gəlir.

Bundan başqa NASA 7 yeni planet kəşf edildiyini açıqlayıblar. NASA-ya görə bu planetlərdən 3-ündə su ola bilər. "Exoplanet" adlandırılan bu planetlər 40 işıq ili uzaqlıqda yerləşir.

Diametrləri və kütlələri baxımından Dünyaya bənzəyən bu planetlərdə həyat ola biləcəyi ehtimalı böyükdür. (Baku.ws)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR