x
Loading...

Astanada dünyada baş verən soyqırımı hadisələrinə həsr olunmuş sərginin açılışı olub

Astanada dünyada baş verən soyqırımı hadisələrinə həsr olunmuş sərginin açılışı olub
10:32 23 Fevral 2017
76 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 23 fevral. REPORT.AZ/ Astanada Azərbaycanın Qazaxıstandakı səfirliyi tərəfindən təşkil edilmiş "Soyqırımı olmayan dünya üçün" adlı fotosərginin açılışı olub.
Bu barədə "Report" "Inform.kz" portalına istinadən xəbər verir.
"Fevralın 22-də Avropa ölkələri cinayət qurbanlarının gününü qeyd edir. Soyqırımının ən ağır cinayət forması olduğu məlumdur. Təsadüfi deyil ki, onu insanlığa qarşı cinayət kimi dəyərləndirirlər. Biz Avropa Şurasının bir üzvü kimi bu tarixi görməzdən gələ bilməzdik və məhz bu tarixdə dünyada baş vermiş ən böyük soyqırımı hadisələrini özündə əks etdirən fotosərgi təşkil etdik", - deyə Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov bildirib.
Səfir, həmçinin qazaxıstanlı şair Oljas Süleymenovun Xocalı faciəsi haqqında dediklərini xatırladıb: "Holokostdan sonra bütün dünya soyqırımı kimi ağır cinayətdən xilas olduğunu düşünürdü. Amma təəssüf ki, sonrakı hadisələr, o cümlədən 1992-ci ilin fevral ayında Xocalıda törədilənlər bunun hələ baş vermədiyini bizə göstərdi".
R.Məmmədov özünün və yaxın xalqların tarixini bilmək istənilən təcavüzün qarşısını almağa yardım edəcək. O, dünya xalqları arasında anlaşma və razılığın qıt olması fonunda belə tədbirlər vasitəsilə istənilən soyqırımı və faciənin baş verməsinin qarşısını almağın zəruriliyini qeyd edib.
Soyqırımı qurbanlarının xatirəsinə qırmızı qərənfillərlə örtülü masada şamlar yandırılıb. Sərgi salonu isə Kamboca (1975-1979), Ruanda (1994), Xocalı (1992) və Holokost (1941-1945) soyqırımılarına həsr olunmuş dörd zonaya bölünüb.
Tədbirdə Qazaxıstan parlamentinin deputatları, Qazaxıstan Xalq Məclisinin üzvləri, ziyalılar və media nümayəndələri iştirak ediblər.

Xəbərin orijinal ünvanı: https://report.az/dagliq-qarabag/astanada-dunyada-bas-veren-soyqirimi-hadiselerine-hesr-olunmus-serginin-acilisi-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR