Bu gün axşam qar yağacaq - HAVA HAQQINDA

Fevralın 23-də Azərbaycanın bəzi yerlərində qar yağacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Metbuat.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, gündüz arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaq. Mülayim cənub-qərb küləyi gündüz arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturunun yarımadada gecə 1-3° isti, gündüz 8-12° isti, Bakıda gecə 1-3° isti, gündüz 9-11° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 758 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 80-90%, gündüz 60-70% təşkil edəcək.

Fevralın 23-də Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Lakin günün birinci yarısında bəzi yerlərdə yağıntılı olacağı, qar yağacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 11-16° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 3-8° isti olacağı gözlənilir.

Xəbərdarlıq

Fevralın 23-dən 26-sı gündüzədək bəzi rayonlarda cənub-qərb, qərb küləyinin ayrı-ayrı yerlərdə arabir güclənəcəyi gözlənilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR