Uzun zamandır ki, yeriyə bilməyən Mixael Şumaxer ilə bağlı yeni xəbərlər ortaya çıxıb.

Metbuat.az məlumat verir ki, bir neçə media orqanında Şumaxerin tezliklə yeriyə biləcəyi xəbəri yayılıb. Şumaxerin ailəsi bu məlumatların yalnış olduğunu bildirib. Eyni zamanda əfsanəvi pilot haqda yalan informasiya yayan media orqanlarını məhkəməyə verərək təzminat tələb ediblər.

Xatırladaq ki, Mixael Şumaxer 2013-cü ilin sonlarında xizək sürərkən başından ciddi zədə alıb. Qəzadan sonra bir neçə əməliyyat keçirən pilotun vəziyyəti dünya mətbuatından gizli saxlanılırdı.

Əsmər / Metbuat.az