“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, “Intel” şirkətinin nümayəndələrinin sözlərinə görə, beşinci nəsil şəbəkələrinin istismara verilməsi bir çox istifadəçilərin gündəlik həyatını dəyişdirəcək. “5GI2” alyansının iştirakçıları ilk növbədə “əşyalar interneti”nin sənaye tətbiqinə önəm verəcəklər. Həmçinin vaxt ötdükcə tədqiqatların sahəsini xeyli genişləndirmək və sürücüsüz nəqliyyat vasitələri layihələrinin inkişafı, səhiyyə və şəhər infrastrukturu sahəsində innovasiyalarla məşğul olmaq planlaşdırılır.
Emil Hüseynov