x
Loading...

Azərbaycanda sığorta şirkətlərinin investisiya siyasətinə tələblər sərtləşdirilir

Azərbaycanda sığorta şirkətlərinin investisiya siyasətinə tələblər sərtləşdirilir
12:27 24 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 24 fevral. REPORT.AZ/ Azərbaycanda bu il sığorta qanunvericiliyinə ediləcək dəyişikliklərin detalları açıqlanıb.
“Report” xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) Direktorlar Şurasının sədri Rüfət Aslanlı məlumat verib.
Onun sözlərinə görə, sığorta şirkətlərinə təkrar sığorta ilə bağlı seçim edərkən müəyyən tələblərin qoyulması, sığora bazarında daxili nəzarət mexanizmlərinin gücləndirilməsi, baş vermiş sığorta hadisələri ilə bağlı ödənişlərin elektron qaydada həyata keçirilməsi və uçotunun aparılması, eləcə də sığorta şirkətlərinin investisiya siyasətinə dair yeni qaydaların hazırlanması nəzərdə tutulub.
“Bir il bundan əvvələ qədər sığorta şirkətləri vəsaitlərini təsisçiləri olan banklarda yerləşdirirdi və "karusel" vəziyyəti yaranmışdı. Ad olurdu ki, bank öz sığorta şirkətinə kapital qoyur, amma həmin kapital yenidən banka qayıdırdı və kredit kimi verilirdi. Biz bu kimi addımları məhdudlaşdırmışıq. Amma bunun qanunla rəsmiləşdirəcəyik ki, sığorta şirkətləri investisiya siyasətində şaxələnməyə getsinlər. Əgər sığorta şirkətləri görsələr ki, qanunla pulu öz səhmdarlarına yönəldə bilməzlər, onda ciddi iqtisadi araşdırma aparıb vəsaiti müxtəlif istiqamətlərdə yerləşdirməli olacaqlar”.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/azerbaycanda-sigorta-sirketlerinin-investisiya-siyasetine-telebler-sertlesdirilir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR