"Paramparça"nın aktyorundan sevgilisinə sürpriz evlilik təklifi - FOTO

"Paramparça"nın aktyorundan sevgilisinə sürpriz evlilik təklifi - FOTO
12:37 24 Fevral 2017
195 Maraqlı
Ölkə mətbuatı
A- A+

"Paramparça"nın aktyoru Sarp Akkaya uzun zamandır birlikdə olduğu sevgilisi Sinem Yalçınkayaya sürpriz evlilik təklifi edib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, aktyor dünən axşam bacısı Kaya Akkaya qardaşının həyat yoldaşı və sevgilisi ilə birgə baxmağa getdiyi basketbol oyununda etdiyi sürpriz evlilik təklifi ilə hər kəsi təəccübləndirib.

O, oyunun canlı hesab lövhəsinə "Sinem, mənimlə evlənərsənmi" yazısını yazdırıb. Onun bu təklifi qarşısında həyəcanlanan sevgilisi "Bəli" cavabını verib.

Xoşbəxt cütlük bu anlarının fotolarını sosial şəbəkə hesablarında paylaşıb.

Aktyor hisslərini belə ifadə edib:

"Bir "Fenerbahçe" azarkeşi olaraq ilk dəfə basketbol oyununu izləməyə getdim. Yaxşı ki, getmişəm. Çünki biz qazandıq".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində





Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/520804.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR