Rəsmi Bakı Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlarla bağlı nikbin deyil. ABŞ prezidenti Donald Trampın ölkəsinin nüvə arsenalını genişləndirmək barədə bəyanatı gündəmdə bomba effekti yaradıb. ABŞ Demokrat Partiyasının nümayəndələri prezident Donald Trampı hakimiyyətdən kənarlaşdırmaq üçün plan hazırlayıb. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiyaya səfərin tarixi açıqlanıb. Türkiyə NATO-dan Egey dənizindən geri çəkilməyi tələb edib.

“Ermənistanın xarici işlər naziri bizə Dağlıq Qarabağ münaqişəsinin həlli prosesini müsbət dəyərləndirmək şansı qoymayıb. Moskvaya səfər zamanı münaqişənin həllini müzakirə etmək niyyətindəyəm”.

Bunu Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov cibutili həmkarı Mahmud Əli Yusiflə birgə brifinq zamanı məlumat verib.

E.Məmmədyarov Moskvaya səfəri mart ayında baş tutacaq.

“Beynəlxalq ictimaiyyət 26 fevral 1992-ci ildə Xocalıda yaşanan insanlıqdan kənar faciəyə qiymət verməli, Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından bir an öncə geri çəkilməlidir”.

Bu barədə Türkiyə Baş nazirinin köməkçisi Numan Kurtulmuş deyib. Xocalı qətliamını şiddətlə qınayan N.Kurtulmuş “unutmadıq, unutdurmayacağıq” deyə vurğulayıb.

“Türkiyə və Azərbaycan xalqı iki dövlət bir millət olaraq kədərdə və sevincdə bir olmağa, birlikdə hərəkət etməyə davam edəcək, qardaşlığımız həmişə var olacaq. Azərbaycanlı qardaşlarımızın kədəri bizim kədərimizdir. Xocalı şəhidlərimizi bir daha rəhmətlə anırıq”, - deyə o bildirib.

Erməni politoloq İqor Muradyan ABŞ-ın yeni administrasiyasının Cənubi Qafqaz və Ermənistanla bağlı planlarını şərh edib.

Politoloq qeyd edib ki, ABŞ və Avropa İttifaqı Cənubi Qafqaza Baltik və Qara dənizləri arasındakı dövlətlərlə bağlı müəyyən edilmiş siyasi-geoiqtisadi blokun tərkibində baxmağa üstünlük verir: “Bu, ona gətirib çıxarır ki, Cənubi Qafqaz Şərqi Avropa ölkələri siyasətinin tərkibinə daxil olur. Və bu gün Cənubi Qafqazda ən pis siyasi vəziyyətdə olan ölkə Ermənistandır”.

Onun sözlərinə görə, Cənubi Qafqazda Gürcüstan və Azərbaycan Avropa İttifaqı və NATO-nun marağındadır.

Putinin bitməz ARZULARI, 3 illik ÇEVRİLİŞ PLANI… - GÜNÜN SİYASİ XÜLASƏSİ

Trampın İrəvanı səksəkəyə salan “Ermənistan PLANI”

"Ən pis siyasi vəziyyətdə olan ölkə Ermənistandır”