Motorola smartfonlarının istehsalı dayandırılır

Motorola smartfonlarının istehsalı dayandırılır
08:42 25 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Çinin "Lenovo" şirkəti "Motorola" brendindən imtina edərək istehsal etdiyi qurğuları vahid "Lenovo moto" adı ilə birləşdirəcək. Bu barədə şirkətin Şərqi Avropa regionu üzrə mobil bölməsinin rəhbəri məlumat verərək yeni "Lenovo moto" smartfonlarının fevralın 26-da təqdim olunacağını açıqlayıb.  

Milli.Az ICTnews-a istinadən bildirir ki, "Lenovo" 2014-cü ildə "Motorola Mobility" şirkətini "Google" korporasiyasından 2,91 milyard dollara satın alıb. Şirkətin məlumatına görə, birləşmiş istehsalçı Çin istisna olmaqla smartfonların dünya bazarına tədarük həcminə görə dördüncü yeri tutub.

Analitik Eldar Murtazin qeyd edib ki, hazırda "Lenovo" şirkətinin mobil bölməsi zərərlə işləyir. Bu, əsasən "Motorola" şirkətinin mobil biznesinin "Lenovo"nun  öz müəssisəsinə inteqrasiyası üçün göstərilən uğursuz cəhdlərlə əlaqədardır. Bununla belə, "Lenovo" smartfon istehsalı üzrə dünyanın liderlər onluğuna daxil olaraq Çinin "VVK", "Oppo" və "Huawei" kimi bir sıra şirkətlərindən geri qalır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/mobilt/520495.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR