Sabah Bakı Metropoliteninin "Şah İsmayıl Xətai" stansiyası günün birinci yarısında sərnişinlərə xidmət göstərməyəcək.
Publika.az xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib.
Onun sözlərinə görə, stansiya saat 12:00-a kimi işləməyəcək. Həmin vaxt "Cəfər Cabbarlı" stansiyasından "Şah İsmayıl Xətai" stansiyasına qatarlar hərəkət etməyəcək.
N.Paşayev bildirib ki, saat 12:00-dan etibarən "Şah İsmayıl Xətai" stansiyasına giriş açıq olsa da, "Cəfər Cabbarlı" stansiyasından bu istiqamətə gediş olmayacaq. Saat 15:00-dan sonra hər iki stansiya normal qrafik üzrə işləyəcək.