Azərbaycanda daha bir şirkət bağlanır.

“Başak-İnam” şirkəti Azərbaycan sığorta bazarını tərk edir.

Metbuat.az-ın məlumatına görə, bunu jurnalistlərə Maliyyə Bazarlarına Nəzarət Palatası Direktorlar Şurasının sədri Rüfət Aslanlı deyib.

O bildirib ki, bu haqda müraciət Palataya daxil olub və qurum öz müsbət cavabını verib.