40 illik sovet maşını ilə digər avtomobilləri geridə qoydu - FOTOLAR

40 illik sovet maşını ilə digər avtomobilləri geridə qoydu - FOTOLAR
16:43 25 Fevral 2017
134 Digər
Ölkə mətbuatı
A- A+

Gerhad Skot adlı Almaniya vətəndaşı 1976-cı ilin Sovet istehsalı olan “Moskviç” markalı avtomobili ilə 1 milyon kilometr yol qət edib.

Publika.az Almaniyanın “Tag24” portalına istinadən xəbər verir ki, Gerhad Skot 40 il öncə aldığı avtomobilinə “Mossy” adını verib.

Hazırda Almaniyanın Zvickau şəhərində təqaüdçü həyatı yaşayan Gerhad Skot bildirib ki, sözügedən avtomobil çalışdığı şirkətə məxsus olub və onu sonradan satın alıb.

Onun sözlərinə görə, 1976-cı il istehsalı olan avtomobil onu heç zaman yolda buraxmayıb.

O, hazırda sözügedən avtomobilin 7 000 avro qiymətində olduğunu söyləyib.

Vasif Həsənli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/maraqliavto/189278.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı