"Report"un Daxili İşlər Nazirlyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, Yevlax rayonunun Xaldan kəndində Mingəçevir şəhər sakini Rüfət Ömərovun idarə etdiyi "Toyota" və Ağdaş rayon sakini Eldar Mustafayevin idarə etdiyi "VAZ-21214" markalı avtomobillər toqquşub.
Nəticədə hər iki sürücü və R.Ömərovun 3 sərnişini xəstəxanaya yerləşdirilib, sərnişinlərdən Gülşən İsmayılova orada ölüb.
Yevlax Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.