"Total”ın Azərbaycan üzrə icraçı direktoru BANM-də olub

"Total”ın Azərbaycan üzrə icraçı direktoru BANM-də olub
10:29 7 Yanvar 2015
156 Sosial
Ölkə mətbuatı
A- A+

Fransanın “Total”  şirkətinin Azərbaycan üzrə yeni təyin olunmuş İcraçı direktoru və Azərbaycan üzrə təmsilçisi Denis Lemarşal Bakı Ali Neft Məktəbində (BANM) olub. Ali məktəbdən Lent.az-a verilən məlumata görə, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov qonağı salamlayaraq,  rəhbərlik etdiyi ali təhsil ocağı haqda məlumat verib.

Elmar Qasımov deyib ki, bu il Ali Məktəbə qəbul olan abituriyentlərdən 17 nəfəri Prezident təqaüdçüsü adını qazanıb. BANM-nin Azərbaycanda fəaliyyət göstərən xarici neft-qaz şirkətləri, həmçinin ARDNŞ üçün kadr hazırlığı həyata keçirdiyini və tələbələrin bu şirkətlərdə mütəmadi olaraq təcrübə keçdiklərini bildirib. Rektor “Total” şirkətinin Bakı Ali Neft Məktəbinin ilk əməkdaşlıq etdiyi şirkətlərdən birincisi olduğunu deyib.

 “Total” şirkətinin Azərbaycan üzrə icraçı direktoru BANM tələbələri üçün təmsil etdiyi şirkətin ixtisaslı kadrları tərəfindən mühazirələrin təşkilinin mümkünlüyünü bildirib. 

Xatırladaq ki, BANM və Fransanın  “Total” şirkəti arasında 2013-cü il aprelin 10-da əməkdaşlıq protokolu imzalanıb. 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR