Yunanıstanlı milyarder Vakakisin oğlu kirayə götürdüyü "Porsche" markalı avtomobillə ağır qəza törədib.

Metbuat.az bildirir ki, Afina-Lamia yolunda saatda 200/km sürətlə hərəkət edərkən idarəetməni itirən Yorqo, yol kənarında park edilmiş "Honda" markalı avtomobillə toqquşub. Toqquşmadan alovlanan "Honda"nın içindəki 33 yaşlı qadın və 3 yaşlı qızı həyatını itirib.

"Porsche"ni sürən milyarder oğlu və avtomobildəki dostu da həlak olub.

Orxan / Metbuat.az