Dəhşətli şərt: üzv olmaq üçün ürək yeyirlər - FOTO

Dəhşətli şərt: üzv olmaq üçün ürək yeyirlər - FOTO
10:47 7 Yanvar 2015
170 Dünya
Ölkə mətbuatı
A- A+

Meksikadakı narkokartellər qəddarlıqları, qaniçənlikləri və tamahkarlıqları ilə ad çıxarıblar. Lakin ölkədəki narkotik maddələr ticarətinin və xüsusilə də ABŞ-a "ağ ölüm" satışlarının əhəmiyyətli hissəsinə nəzarət edən "La Familia Miçoakan" karteli daxili "qaydaları"nın vəhşiliyi ilə bütün rəqiblərini geridə qoyub.
 
Milli.Az ABC-yə istinadən bildirir ki, "La Familia Miçoakan"a yeni qatılan "üzv"lər çox eybəcər "qoşulma ayini"ni yerinə yetirməlidirlər.
Tələblərə görə, "La Familia Miçoakan"a üzvü olmaq istəyən şəxs kartelin düşmənləri arasındakı narkokartellərdən birinin mənsubunu öldürməli, sonra həmin adamın cəsədini "La Familia"nın bir neçə mənsubunun toplaşdığı yerə aparmalı və orada cəsədin döş qəfəsini parçalamalı, ürəyi çıxarıb yeməlidir.
 
"La Familia Miçoakan"ın ən ciddi rəqibi sayılan "Tamplier cəngavərləri" kartelində də analoji qaydalar hökm sürür.
 
Meksikanın Miçoakan ştatının federal təhlükəsizlik komissarı Alfredo Kastilyonun dediyinə görə, narkokartellərdə yeni üzvlərin qəbulu xamanı qurbanların cəsədlərinin parçalanması, şaqqalanması və bəzi əzaların yeyilməsi təki iyrənc "ayin"lərin mövcudluğunu bir sıra faktlar təsdiqləyir.
Meksikadakı "Nazario Moreno" narkokartelində isə hannibalizm hökm sürür. Belə ki, bu kartelin mənsubları rəqib kartellərin üzvlərini öldürəndən sonra cəsədi yararaq ürəyi çıxarır, yeyir və bunu adi hal sayırlar.
 
Meksikada narkokartellər arasındakı qanlı toqquşmalarda 2007-ci ildən bəri 100 mindən artıq insan həlak olub.
 
Milli.Az
 





Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/317637.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR