Prezident İlham Əliyev "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" 2017-ci il 1 fevral tarixli qanunun tətbiqi haqqında sərəncam imzalayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, dəyişikliklərə əsasən qanuna aşağıdakı məzmunda 2.0.10-2-ci maddə əlavə edilir:

"2.0.10-2. daşınar əşyanın ipotekasının dövlət qeydiyyatı;".

Aşağıdakı məzmunda 25-2-ci maddə əlavə edilir:

"Maddə 25-2. Daşınar əşyanın ipotekasının dövlət qeydiyyatına alınması üçün tutulan dövlət rüsumunun dərəcəsi

Dövlət rüsumu tutulmalı olan hərəkətlər

Dövlət rüsumunun məbləği

".

1

2

Daşınar əşyanın ipotekasının dövlət qeydiyyatına və əlavə dövlət qeydiyyatına alınması üçün

10 manat

Qanunun 26.4-cü maddəsində "təkrar və əlavə qeydiyyatı, girovun əlavə qeydiyyata" sözləri "əlavə dövlət qeydiyyatına, girovun əlavə dövlət qeydiyyatına" sözləri ilə əvəz edilir.

Milli.Az