"Report"un məlumatına görə, hər iki komandanın baş məşqçisi olan Yaşar Vahabzadə hazırlıq prosesinə ümumilikdə 35 futbolçu dəvət edib.
Onlardan 21-i U-21, 14-ü isə U-23 yığmasına çağırılıb.
Qeyd edək ki, IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycanı 23 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması təmsil edəcək.