Əfqanıstanın paytaxtı Kabildəki hərbi hospitala təşkil edilən hücum nəticəsində ölənlərin sayı 30-u ötüb.

Metbuat.az-ın məlumatına görə, daha 50 tibbi işçisi yaralanıb. Onlardan bir çoxunun vəziyyəti ağırdır. Məlumata görə, əvvəlcə kamikadze xəstəxanın girişində üzərindəki partlayıcı qurğunu işə salıb. Ardınca 4 terrorçu binaya daxil olaraq ətrafa atəş açıb. Təhlükəsizlik əməkdaşlarının əməliyyatı nəticəsində onların hamısı zərərsizləşdirilib. Terror aktına görə məsuliyyəti İŞİD terror qruplaşması üzərinə götürüb.

Sübhan / Metbuat.az

emeliyyat görüntüsü