Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, BŞBPİ-nin Narkotiklə Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Sabirabad rayon sakini, 1965-ci il təvəllüdlü Nağı Həmidov ətrafında davam etdirilən araşdırmalar zamanı rayonun Bala Həşimxanlı kəndindəki evindən əlavə olaraq 1 kiloqram 530 qram qurudulmuş marixuana aşkar olunaraq götürülüb.Bakıda narkotiklərlə tutulan Sabirabad sakininin rayondakı evindən də marixuana tapılıb
Qeyd edək ki, bir gün əvvəl yayılan məlumatda bildirilirdi ki, Bakı Şəhər Baş Polis İdarəsinin Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sabirabad rayon sakini Nağı Həmidovdan 5 kiloqram 100 qram marixuana götürülüb.
Milli.Az