Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.
Saat 13:00-da isə Heydər Əliyev adına İdman Sarayında “Böyük Dəbilqə” beynəlxalq turnirinə start veriləcək.
Qeyd edək ki, ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş mötəbər cüdo turnirinə martın 12-də yekun vurulacaq.








