E.Qədimovun sözlərinə görə, banklar həmin əmlakdan istifadə etmədiyi üçün vergi tətbiqi əlavə xərclərə gətirib çıxarır: "Aparılan araşdırmalar göstərir ki, nağd ödənişlər müxtəlif ölkələrdə 1,1-1,7% arasında əlavə xərclər yaradır. Biz təklif edirik ki, POS-terminalların istehsalı ilə bağlı xüsusi güzəştlər tətbiq edilsin, həmçinin, POS-terminalların idxalı vergidən azad edilsin".
Bank rəsmisi deyib ki, xarici təcrübəyə görə, dövlət satınalamaları yalnız nağdsız qaydada aparılmalıdır: "İngiltərədə bu, tətbiq edilib və təxminən 1 mlrd. funt sterlinqə qənaət edilib".