Almaniyanın Frankental şəhərində bıçaqla silahlanmış naməlum şəxs yoldan keçənlərə hücum edib.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində 4 nəfər xəsarət alıb.

İnsident şəhərin mərkəzində baş verib. Polis cinayətkarı saxlayıb. İnsidenti törədənin şəxsiyyəti və onun motivləri barədə məlumat verilmir.