Azərbaycan kinoşünası və rejissoru vəfat etdi

Azərbaycan kinoşünası və rejissoru vəfat etdi
07:48 15 Mart 2017
108 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanın Əməkdar İncəsənət xadimi, kinoşünas və rejissor Aydın Dadaşov 65 yaşında dünyasını dəyişib.

"Report"un məlumatına görə, bu barədə mərhumun oğlu Orxan Dadaşov məlumat verib.

O, 1952-ci ildə Ağdam şəhərində anadan olub, 1972-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutu (indiki Azərbaycan Dövlət İqtisad Universiteti) iqtisad fakültəsini bitirib. 1980-ci ildə Leninqrad Dövlət Теаtr, Мusiqi və Kinematoqrafiya İnstitutunu (indiki Sankt-Peterburq Teatr Akademiyasının) dram sənəti fakültəsini,1982-ci ildə isə Moskvada ikiillik ali rejissorluq və ssenari kurslarını bitirib. 1975-ci ildə C.Cabbarlı adına Azərbaycan Kinostudiyasında bədii flimlər üzrə direktor, rejissor və rekdaktor kimi çalışıb. 1989-ci ildən Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin "Televiziya və radio jurnalistikası" kafedarsında çalışıb. 2000-ci ildən həmin kafedranın dosenti, 2006-cı ildən isə kafedranın professorudur. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Kino və televiziya” fakültəsinin "Kinoşünaslıq" kafedrasının rəhbəri idi.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/191394.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR