x
Loading...
.

"Qarabağ"ın legioneri: "Almaniya ilə oyunda Azərbaycan yığmasını dəstəkləyəcəyəm"

"Qarabağ"ın legioneri: "Almaniya ilə oyunda Azərbaycan yığmasını dəstəkləyəcəyəm"
09:32 15 Mart 2017
81 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. 15 mart. REPORT.AZ/ "Qarabağ"ın futbolçusu Muarem Muarem Azərbaycan milli komandasının martın 26-da Almaniya yığması ilə keçirəcəyi 2018-ci il dünya çempionatının seçmə qrup matçını dəyərləndirib. "Report"un məlumatına görə, makedoniyalı yarımmüdafiəçi çox çətin oyunun olacağını bildirib.
O, klubundan yığmaya çağırılan komanda yoldaşlarını dəstəkləyəcəyini söyləyib: "Azərbaycan millisinin Bakıdakı matçlarında stadionda olmuşam. Komanda yoldaşlarım da bunu bilir. Almaniya son dünya çempionu, böyük komandadır. Belə yığma ilə oyun Azərbaycan millisi üçün yaxşı təcrübə olacaq. Komanda yoldaşlarımı bu oyunda dəstəkləyəcəyəm".
Muaremin fikrincə, Almaniya millisi böyük hesabla qalib gəlməyəcək: "Mən elə düşünmürəm. Komanda yoldaşlarımı sona qədər dəstəkləyəcəyəm. Bu, futboldur. Son nəticə öncədən bilinmir".
29 yaşlı oyunçu son zamanlar Makedoniya millisinə dəvət almamasının səbəbini də açıqlayıb. O, baş məşqçi İqor Angelovskinin qərarına hörmətlə yanaşdığını söyləyib: "Bu, mənimlə əlaqədar deyil, baş məşqçinin qərarıdır. Mən də hörmətlə yanaşıram. Çağırsalar, əlimdən gələni edəcəyəm".
Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan - Almaniya matçı saat 20:00-da başlanacaq. 

Xəbərin orijinal ünvanı: https://report.az/dc-2018/qarabag-in-legioneri-almaniya-ile-oyunda-azerbaycan-yigmasini-destekleyeceyem

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR