x
Loading...

Tramp reper Snoop Dogga əsəbiləşdi: "Obama olsa, həbs edərdi" - FOTO

Tramp reper Snoop Dogga əsəbiləşdi: "Obama olsa, həbs edərdi" - FOTO
18:17 15 Mart 2017
109 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ prezidenti Donald Tramp reper Snoop Doggun klipindən hiddətlənib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Tramp etirazını Twitter hesabı vasitəsilə bildirib. Dövlət başçısı hesab edir ki, eks-prezident Barak Obamanın dövründə bu davranışa görə onu həbs gözləyə bilərdi:

"Siz təsəvvür edə bilirsiniz ki, karyerası yoxuşaşağı gedən Snoop Dogg Obamaya tapança doğrultsa və atəş açsaydı, necə səs-küy yaranardı? Onu həbsxana gözləyərdi".

Qeyd edək ki, reperin bu yaxınlarda yayımlanan klipində hadisələr klounlar aləmində cərəyan edir. Klipdə Trampa bənzəyən klounlardan birinin oyuncaq tapança ilə vurulması əks etdirilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/526478.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR