17 yaşlı qıza qorxunc mesaj gəldi: "Ayaqlarını günlərlə yeyə bilərəm" - FOTO

17 yaşlı qıza qorxunc mesaj gəldi: "Ayaqlarını günlərlə yeyə bilərəm" - FOTO
21:12 15 Mart 2017
171 Dünya
Ölkə mətbuatı
A- A+

İngiltərədə Tara Vaterfild adlı 17 yaşlı qıza qarşı mobil telefon mağazasında işləyən bir şəxs ədəbsizlik edib.

Milli.Az Milliyet-ə istinadən xəbər verir ki, həmin şəxs Taranın şəxsi məlumatlarını internetdən taparaq mobil telefonuna olduqca nalayiq mesajlar yazmağa başlayıb.

TƏFƏRRÜAT

Tara bir AVM-də anasıyla birlikdə mobil telefonu üçün bir mağazaya girib. Mağaza işçisi qızın dükanda olduğu 20 dəqiqə ərzində bir an belə gözünü Taradan çəkməyib.

Mağazadan getdikdən bir müddət sonra Taranın telefonuna tanımadığı bir nömrədən mesaj gəlib.

Mesajda: "Sadəcə sənə qəti olaraq "......" üçün möhtəşəm olduğunu söyləmək məcburiyyətindəyəm. Ayaqlarını günlərlə yeyə bilərəm. Dükanda səndən gözünü çəkə bilməyən adam ... Sən nə vaxt istəsən bir şey içmək üçün vaxtım var. Səni barda hər an gözləyə bilərəm", - yazılıb.

Yaşca özündən olduqca böyük bir şəxsin təcavüz məzmunlu mesajıyla rastlaşan qız vəziyyəti ailəsinə izah edib. Qızın atası olayla bağlı polisə şikayət edib.

Həmin şəxsin Taranın sistemdəki fərdi məlumatlarından istifadə edərək mobil telefon nömrəsini əldə etdiyi məlum olub.

Məhəmməd Vaqif

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində




Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/526530.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR