Sərhəddə müsadirə edilən 29 min ədəd zəli gölə buraxılıb - FOTO

Sərhəddə müsadirə edilən 29 min ədəd zəli gölə buraxılıb - FOTO
09:47 16 Mart 2017
71 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanın sərhəd-keçid məntəqəsində müsadirə edilən zəlilər Qızılqaz gölünə buraxılıb.

Milli.Az report-a isinadən xəbər verir ki, zəlilərin gölə buraxılması prosesi axşam saatlarında baş tutub.
Aidiyyəti qurumların iştirakı ilə Mingəçevir şəhərindən götürülən zəlilər Salyan rayonu ərazisində yerləşən Şirvan Milli Parkına gətirilib. Hazırlıq prosesi başa çatdıqdan sonra KİV, ekoloji QHT və aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə 29 min ədəd zəli Qızılqaz gölünə buraxılıb. Qırx min ədəd zəli isə müvəqqəti saxlanılması üçün Şirvan nərə balıqartırma zavoduna verilib.

Bu ilin yanvar və fevral aylarında qaçaqmalçılıq yolu ilə ölkədən qanunsuz yolla 70 minə yaxın zəli çıxarılarkən gömrükdə qarşısı alınıb və müsadirə edilib. Müsadirə olunan zəlilər təbiətə buraxılanadək Zoologiya İnstitutu tərəfindən Mingəçevirdəki sututarlarda saxlanılıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində






Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/526599.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR