Keşiş dünyanın ən iri almazlarından birini tapdı

Keşiş dünyanın ən iri almazlarından birini tapdı
01:24 17 Mart 2017
168 Digər
Ölkə mətbuatı
A- A+

Syerra-Leonenin Kono dairəsində keşiş 706 karat ölçüdə emal edilməmiş almaz tapıb.

 

APA-nın “Assoşieyted Press”ə istinadən verdiyi xəbərə görə, dəyəri hələlik müəyyənləşdirilməyən almaz saxlanılması üçün Syerra-Leone bankına təhvil verilib.   

 

Almaz Syerra-Leone prezidenti Bay Koromeyə nümayiş etdirilib. Məlumata görə, qiymətli daş keşiş Emmanuel Momox tərəfindən ölkənin şərqində yerləşən Yakadu  kəndində aşkarlanıb.   

 

Qeyd edək ki, ölkədə çəkisi 969 karat olan ən iri almaz 1972-ci ildə tapılıb.

 

Tapılan daş dünyanın 20 ən iri almazdan biridir.   


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/270039

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR