13 saylı cəzaçəkmə müəssisəsindən 40 nəfər azadlığa buraxıldı

13 saylı cəzaçəkmə müəssisəsindən 40 nəfər azadlığa buraxıldı
11:34 17 Mart 2017
70 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan prezidentinin dünən imzaladığı əfv sərəncamı 13 saylı Cəzaçəkmə Müəssisəsində icra olunub. APA-nın məlumatına görə, sərəncam həmin müəssisədə cəza çəkən 40 məhkuma şamil edilib.

 

Azadlığa buraxılan şəxslərdən  biri Nigeriya, 3 nəfəri Pakistan vətəndaşıdır.

 

Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Təşkilat Nəzarət İdarəsinin rəisi, ədliyyə polkovniki Musa Hümbətov bildirib ki, əfv sərəncamı ilə 412 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib, 2 nəfərin isə cəzası azaldılıb.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/270075

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR